Sağlamlığın müdafiəsi və sosial təminat istiqamətində Marneuli
meriyası 3 035 000 lari xərcləyəcək.
2023-cü ilin büdcəsində sağlamlığın müdafiəsi üçün 330 000 lari
ayrılıb. Bu dövlət büdcəsindən ayrılmış məqsədli köçürmə
çərçivəsində “İctimai səhiyyə haqqında” Gürcüstan qanunu ilə
müəyyən edilmiş funksiyaların maliyyələşdirilməsi, proqram
çərçivəsində həmçinin, Gürcüstan dövlət büdcəsi fondlarından
ayrılmış köçürmə ilə bələdiyyə ərazisində yerləşən səhiyyə
obyektlərinin bərpası və
tikintisi həyata keçiriləcək. Sosial
təminat istiqamətində büdcədən 2705 000 lari ayrılıb. Bu
aztəminatlı, həssas qruplara tibbi xidmətin əlçatanlığının
artırılmasını nəzərdə tutur.
“Proqram çərçivəsində aztəminatlı və digər həssas təbəqədən olan
əhaliyə dərmanlarla, əməliyyat və müalicəni maliyyələşdirməklə
yardım ediləcək. Birdəfəlik yardımlar Marneuli Bələdiyyə Məclisinin
“Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramının
təsdiqlənməsi haqqında” və Bələdiyyə Məclisinin müxtəlif
sərəncamları sərəncamı əsasında maliyyələşdiriləcək”
– büdcədə yazılıb.
Qeyd olunan 2 705 000 lari bu qaydada bölünüb.
2000 000 lari xəstələrin təmiantına – bələdiyyədə qeydiyyatdan
keçmiş vətəndaşlar üçün tibbi (əməliyyat, dərmanlar və s.) yardım
Marneuli Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və
səhiyyə proqramının təsdiqlənməsi haqqında” sərəncamı əsasında
göstəriləcək.
Ailələrin və uşaqların təminatı üçün 700 000 lari – Marneuli
bələdiyyəsində qeydiyyatdan keçmiş vətəndaşlar üçün birdəfəlik,
eləcə də aylıq maddi yardım, Marneuli Bələdiyyə Məclisinin
“Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramın təsdiqlənməsi
haqqında” sərəncama əsasında nəzərdə tutulub.
Ritual xidmətlər 5000 lari – İkinci dünya müharibəsi iştirakçısı,
Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan, məcburi köçkün
şəxslərin – qaçqınlar, sahibsiz dəfn olunların dəfn mərasimi
xdimətinin xərclərinin 250 lari dəyərində vəsaitlə ödənilməsi.
Marneulinin 2023-cü il büdcəsi 67 214 900 lari müəyyən edilib.