Marneulidəki “Amerika Guşəsi” yeni layihəyə başlayır.
Kimya, biologiya və biokimya ilə maraqlanan, 14-18 yaşlı gənclər
iki aylıq pulsuz kurslarda iştirak edə bilərlər. Amerika Guşəsinin
koordinatoru Mələk Quliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, kurs ərzində şagirdlər öz əlləri ilə reaksiya apara,
şəbəkədə işləyə, məsələləri həll edə və yüksək səviyyəli
kimya-biokimyanı öyrənə bilərlər.
“Marneulidəki Amerika Guşəsi digər istiqamətlərlə
yanaşı, icma istiqamətində də layihələr həyata keçirir. Düşünürük
ki, bu istiqamətdə layihələrin həyata keçirilməsi çox mühümdür.
Çünki biz gənclərə özlərinin prosesə qoşulması və qeyri-formal
təhsil yolu ilə daha dərin, maraqlı məlumat almaları üçün şərait
yaradırıq. Qeyd olunan layihə çərçivəsində gənclərin özlərinin
sınaqlar aparmaq və onlara maraqlı olan suallara cavab tapmaq
imkanı olacaq. Gənclərə məsləhət görürük ki, bu imkanı əldən
buraxmasınlar”.
Kurslara qəbul xüsusi qeydiyyat forması ilə mümkündür.
Aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz.
Linkə daxil
olun.
Müraciətlərin sayı həddən artıq olarsa, qeydiyyat forması vaxtından
əvvəl bağlanacaq.