Kurtlar sakinləri hansı layihəni dəstəkləyiblər və nəyin həyata keçirilməsini tələb edirlər
13 fevral tarixində Marneuli bələdiyyəsinin Kurtlar kəndində kənd toplantısı keçirilib. Kəndə dəstək proqramı çərçivəsində ayrılmış 20 000 lari ilə qalan küçələrə küçə işıqları çəkiləcək. Yerli sakinlər suvarma kanalında sıradan çıxmış nasosun təmir edilməsini də istəyirdi. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani toplantıda bildirib ki, nasosu meriya təmir edəcək. Onun sözlərinə görə, əhali torpağı suvarmağa başlayana qədər problemi həll etməyə çalışacaqlar.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı, nisbətən kiçik kəndlərdə isə əhalinin 20%-in imzası qeydə alınan zaman keçirilmiş hesab olunur.

Marneuli meriyasından bildirirlər ki, əgər kənddə keçirilən görüşə gedə bilmirsinizsə, görüşün keçirilmə tarixinə qədər öz təşəbbüsünüzü xüsusi doldurulmuş forma şəklində elektron poçt ünvanına göndərə bilərsiniz: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Print ელ. ფოსტა
FaceBook Twitter Google