Qasımlı inzibati ərazi vahidliyində də yeni zibil konteynerləri yerləşdiriləcək
Marneuli meriyası tərəfindən alınmış 829 ədəd zibil konteynerindən 250-si Marneuli miqyasında paylanılıb.

Bu barədə “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze məlumat verdi. İndiki mərhələdə zibil konteynerlərinin Qasımlı inzibati vahidliyinə daxil olan kəndlərə yerləşdirilməsi planlaşdırılır.

“250 konteynerdən əlavə qalanı yerindədir. Qasımlıya yerləşdirməyi, bütünlükdə əhatə etməyi planlaşdırırıq. (Qasımlı inzibati ərazi vahidliyinə bir neçə kənd daxildir – Qasımlı, Ağməmmədli, Ulaşlı, Quşçu, Beytarabçı, Baytallı). Qalanları ilə bütün rayonda qaydasında olmayan konteynerlər əvəz olunacaq”,
– Leri Mumladze bildirdi.

Yerli özünüidarə yeni zibil konteynerlərinin bir neçə ay əvvəl alıb və hələ ki, yalnız Tsereteli inzibati ərazi vahidliyinə daxil olan kəndlərə və Marneuliyə paylanılıb.

Şirkət rəhbərinin açıqlamasına görə, əgər vətəndaşlar müəyyən ərazilərə zibil konteynerlərinin yerləşdirilməsini istəyirlərsə, Marneuli meriyasının balansında olan “Təmiz Marneuli” MMC-yə müraciət edə bilərlər. Leri Mumladzenin sözlərinə görə, konteynerlərin yalnız “Təmiz Marneuli”-nin xidmət göstərdiyi yerlərə yerləşdirilməsi mümkündür.

Qeyd edək ki, “Təmiz Marneuli” MMC bələdiyyənin 55%-ə xidmət göstərir.

Yerli özünüidarə 829 zibil qabı almaq üçün 5 ay əvvəl tender elan edib. 1100 litrlik plastik zibil konteynerlərinin alınması üçün büdcədən yarım milyon ayrılıb.

Tenderdə iki şirkət iştirak edib. “Orientir” MMC tenderdə qalib gəlib və bələdiyyəyə zibil konteynerlərini 493 255 lariyə almağı təklif edib.

"Marneuli" Radiosu

Print