“Seçkidən seçkiyə” – yerli sakinlərlə özünüidarənin münasibəti
17:41 / 10.02.2023
2022-ci il ərzində Marneuli Bələdiyyə Məclisi 18 dəfə iclas
keçirib.
Baxmayaraq ki, qanunvericiliyə görə, maraqlanan hər kəs iclasda
iştirak edə bilər, iclaslarda bir qayda olaraq meriya, yerli
özünüidarə nümayəndələri iştirak edirlər. Qərarların qəbulu
prosesində vətəndaşların iştirakı azdır.
Marneuli miqyasında 84 kənd var. Bütün inzibati vahidliklərdə merin
nümayəndəsi var. Yerli sakinlərin bildirdiklərinə görə, əhalinin
narahatlığını, ehtiyaclarını qərar qəbul edən şəxslərə çatdırmalı
olan şəxslər fəal olaraq çalışmırlar. Yerli sakinlər heç Marneuli
meri Kənan Ömərovun da fəal olduğunu xatırlamırlar. Qonşu
bələdiyyənin merindən fərqli olaraq, Ömərov bu günə qədər kəndə
dəstək proqramı çərçivəsində keçirilən heç bir görüşdə iştirak
etməyib. Onun feysbuk səhifəsində rəsmi şəxslərlə və təşkilatlarla
keçirilən görüşləri əks etdirən fotolar paylaşılıb. Meriyada əhali
ilə görüşlər haqqında davamlı məlumatlar paylaşılır. Ancaq biz bu
görüşlərdə iştirak etmək istəyəndə, həmin gün merin təcili işi
çıxdı və kənddən merlə görüşmək üçün gəlmiş əhali merin diqqətindən
kənar qaldı.
Həmin dövrdə merlə ictimai görüş tələbi ilə bir neçə etiraz
aksiyası da keçirildi. Ancaq əhali ilə merin əvəzinə meriyanın
müxtəlif xidmət nümayəndələri görüşürdülər. Əhali düşünür ki,
bələdiyyə onların həyatına daha çox qoşulmalıdır. Əhali merlə
yalnız seçkilərdən əvvəl təşkil edilmiş tədbirlərdə görüşə bilmək
imkanlarının olduğunu qeyd edir.
“Mənim fikrimcə, yerli bələdiyyə kənd yerlərində
yaşayan, kəndin inkişafında fəal iştirak edən insanlara çox diqqət
yetirməlidir. Kəndi narahat edən məsələləri müzakirə etmək üçün bu
insanlara hörmət etməlisiniz. Bu insanlara hörmət etməlidirlər və
kəndi narahat edən məsələləri müzakirə etməlidirlər. İnsana onun
təklifinin şəxsi deyil kəndin tələbi olduğunu hiss etdirməlidirlər.
Mənim dəfələrlə merlə görüşmək istəyim olub. Dəfələrlə getmişəm.
Əhali ilə görüş günləri olanda getmişəm, ancaq ya sıram gəlməyib,
ya da merin yerində olmadığını, müavinlə görüşə biləcəyimi
bildiriblər. Çox məsələlərlə bağlı şəxsən meri görmək istəyirəmsə,
niyə müavinlə görüşməliyəm? Həqiqətən də təşviqatçı deyiləm və ya
merə qarşı düşmən münasibəti bəsləmirəm. Həqiqətən də onunla
əməkdaşlıq etmək istəyirəm. Merin özünün bir dəfə də olsa, hər
kəndə getməsi, əhali ilə görüşməsi yaxşı olardı”, –
Xixani sakini Nana Qabaidze bildirdi.
“Əhali ilə görüşüb danışmalıdırlar. Seçkilərdə etdikləri kimi.
Əhalinin nə istədiyini, onları nəyin narahat etdiyini öyrənsinlər.
Ola bilsin indi də gedirlər, amma mən bilmirəm”, –
Marneuli sakini Samir Allahverdiyev bildirdi.
“Bilmirəm, nə deyə bilərəm. Oradan gəlirlər, onlar
danışırlar və meriyadan gələnlərə sözümüzü deməyə bizə imkan
vermirlər. Meriya əhali üçün nəyin mühüm olduğunu
bilməlidir”, – Marneuli sakini İdris Qasımov
bildirdi.
“Seçkilərdən sonra, bir dəfə də gəlməyiblər, əhali ilə də
görüşmürlər. Su şirkətinin rəhbərini yeni dəyişiblər. Bir dəfə də
gəlməyib. Su gəlir, yoxsa yox – heç maraqlanmırlar. Boru gah
burada, gah başqa yerdə sıradan çıxır. Bu məsələni birdəfəlik həll
etsinlər. Ən az ayda 1-2 dəfə əhali ilə görüşsələr, yaxşı olardı.
Mən özüm meriyaya müraciət etməmişəm. Amma dostlarım edib, əhali
ilə görüşə gəlmirlər”, – Algeti sakini Cavanşir
İsmayılov bildirir.
Sorğudan görünür ki, əhali yerli özünüidarə ilə tez-tez görüşmək və
şəxsi problemlərini bölüşmək istəyir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAİD-in Marneuli
bələdiyyəsində həyata keçirməyə başladığı layihənin məqsədlərindən
biri seçici qarşısında hesabatlılığın artırılmasıdır.
USAİD yerli özünüidarənin gücləndirilməsi üçün Marneuli
bələdiyyəsini gələcək beş il ərzində müxtəlif tədbirlər həyata
keçirəcək 11 bələdiyyə arasından seçib.
Proqram vətəndaşların özünüidarənin fəaliyyətinə daha çox
qoşulmasına dəstək olmalıdır.
Marneuli meriyasından bildirdilər ki, qeyd olunan proqrama qoşulmaq
onlar üçün çox mühümdür. Ancaq layihə fəal olaraq başlayandan sonra
şərh bildirəcəklər. Bizim sualları isə proqram nümayəndələri
cavablandırdılar. USAİD-in yerli özünüidarə proqramının dövlət
idarəetmə islahatları və inklüziv idarəetmə istiqaməti üzrə rəhbəri
Naniko Tsiklauri qeyd edir ki, proqram üç əsas istiqamətdə Marneuli
meriyasına və Bələdiyyə Məclisinə dəstək göstərəcək.
“Bu dövlətin idarə edilməsi və hesabatlılıq
sistemlərinin, proseslərin yaxşılaşdırılması, həmçinin, Bələdiyyə
Məclisinin nəzarət imkanlarının artırılmasını əhatə edir;
vətəndaşların ehtiyaclarına uyğunlaşdırılmış və eləcə də
özəl-dövlət, bələdiyyələrarası əməkdaşlığın inkişafı yolu ilə
bərabər şəkildə əlçatan yerli xidmətlərin göstərilməsinə dəstək;
Bələdiyyənin hesabatlılığının artırılması məqsədi ilə özünüidarənin
fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi.
Eləcə də gender bərabərliyi və sosial inklüziya prinsiplərinin
müxtəlif tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
prosesində inteqrasiyası qeyd olunan dəstəyin mühüm komponenti
olacaq. Bu, bələdiyyədə yaşayan həssas qrupların (həmçinin, etnik
azlıqlar, fiziki imkanları məhdud şəxslər və s.) ehtiyaclarının
daha çox nəzərə alınması üçün edilir”.
USAİD-in yerli özünüidarə proqramının vətəndaş iştirakı
istiqamətində rəhbəri Tengiz Sultanişvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, proqram bir neçə əsas istiqamətdə
tərəfdaş bələdiyyələrə dəstəyi planlaşdırır:
Vətəndaş iştirakının qanunvericiliklə nəzərdə tutulmuş
mexanizmlərinin effektivliyinin artırılması.
Vətəndaş iştirakının elektron platformalarının
inkişafı
Vətəndaş iştirakının əlavə formalarının təsis edilməsi,
eləcə də innovativ metodlardan istifadə edilməsi
Gender Bərabərliyi Şurasının effektivliyinin
artırılması
Bələdiyyə Məclisi üzvlərinin öz seçiciləri qarşısında
hesabatlılığının artırılması
Açıq idarəetmə və vətəndaşlar qarşısında bələdiyyənin
imkanlarının artırılması
Hesabatlılığın gücləndirilməsi
Marneulidə USAİD-in proqramı çərçivəsində işgüzar görüşlər yanvar
ayında artıq keçirilib. İndiki mərhələdə qarşılıqlı əməkdaşlıq
fəaliyyət planı üzərində işlər aparılır. Müəlliflərin fikrincə, bu
tam olaraq bələdiyyənin ehtiyac və prioritetlərinə cavab
verməlidir. Fəaliyyət planı ilə yanaşı proqram USAİD-in yerli
özünüidarə proqramı və Marneuli bələdiyyəsi arasında qarşılıqlı
əməkdaşlıq memorandumu hazırlayacaq. Memorandumla tərəflərin əsas
cavabdehlikləri və əməkdaşlıqla bağlı başqa təfərrüatlar müəyyən
ediləcək. Bu barədə 2023-cü ilin fevralında Marneuli bələdiyyəsinə
əlavə məlumat verilməsi planlaşdırılır.