Marneuli bələdiyyəsinin Tsereteli kənd bağçasından 42 uşaq
Saimerlo, Marneuli şəhər 1 saylı və 4 saylı uşaq bağçalarına
bölünüblər.
Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov
təsdiq etdi. O, qeyd etdi ki, istəyi olanlar birliyə müraciət
etməli və ərizə yazmalıdırlar. 17 fevral tarixində 80 nəfər uşaq
bağçadan kənar qalıb. Bağçanın qəzalı vəziyyətdə olmasına görə
təcili
bağlanmasından sonra təhsil prosesi dayandırılıb.
Uşaqların nə zamana qədər başqa bağçalara gedəcəyi isə hələ məlum
deyil. Ancaq Kərəmov bildirir ki, yaxın gələcəkdə mərkəzi
hakimiyyətin maliyyəsi ilə Tsereteli bağçasının tikintisi
planlaşdırılır.