Tsereteli bağçasından 42 nəfər uşaq Marneulinin üç bağçasına bölünüb
Marneuli bələdiyyəsinin Tsereteli kənd bağçasından 42 uşaq Saimerlo, Marneuli şəhər 1 saylı və 4 saylı uşaq bağçalarına bölünüblər.

Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov təsdiq etdi. O, qeyd etdi ki, istəyi olanlar birliyə müraciət etməli və ərizə yazmalıdırlar. 17 fevral tarixində 80 nəfər uşaq bağçadan kənar qalıb. Bağçanın qəzalı vəziyyətdə olmasına görə təcili bağlanmasından sonra təhsil prosesi dayandırılıb.

Uşaqların nə zamana qədər başqa bağçalara gedəcəyi isə hələ məlum deyil. Ancaq Kərəmov bildirir ki, yaxın gələcəkdə mərkəzi hakimiyyətin maliyyəsi ilə Tsereteli bağçasının tikintisi planlaşdırılır.

Print