Marneuli-Bolnisi yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyada dünyasını dəyişib
Dünən, 21 fevral tarixində, təxminən saat 19:00-da Marneuli-Bolnisi yolunda yol nəqliyyat hadisəsi baş verib.

Şahidlərin məlumatına görə, avtomobil piyadanı vurub. Hadisə Marneuli-Bolnisi yolunun Kolagir kəndi ərazisindən keçən hissəsində baş verib.

“Marneuli” radiosunun məlumatına görə, avtomobilin vurduğu piyada ortayaşlı kişidir. O, qəza nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyi baş vermiş faktla bağlı istintaqa başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google