Marneulili oxçu qız Salome Xarşiladze Avropa kuboku yarışlarında
iştirak edəcək.
Bu barədə Marneuli İdman Məktəbi məlumatı yayıb.
“Cari ilin 1-7 may tarixlərində Sloveniyanın Katze
şəhərində gənclər arasında oxçuluq üzrə Avropa kubokunun birinci
mərhələsi keçiriləcək. Yarışda Marneuli İdman Məktəbinin oxçusu
Salome Xarşiladze də iştirak edəcək".
İdman məktəbinin yayımladığı məlumata görə, Avropa kubokunun
püşkatma mərasimində digər oxçu Tamta Naveriani iştirak edə
bilməyəcək.

"Gürcüstanın oxçuluq üzrə milli komandası çempionatda
üç oğlan və iki qız olmaqla beş idmançı ilə təmsil olunacaq. Avropa
kubokunun püşkatma mərasimində Marneuli idman məktəbinin uğurlu
oxçusu Tamta Naveriani də iştirak etməli idi, ancaq məşq zamanı
zədə aldığı üçün yarışda iştirak edə bilməyəcək. Marneuli İdman
Məktəbi Tamtaya tez bir zamanda sağalmağı, Salome və Gürcüstan
milli komandasına uğurlar arzulayır", – idman
məktəbinin paylaşdığı məlumatda deyilir.
Qeyd edək ki, Salome Xarşiladze və Tamta Naveriani Marneulili
oxçulardır. Salome Marneuli İdman Məktəbində oxçuluğa getmək qərarı
verən ilk Marneulili qız olub. Üç il əvvəl Salomeyə daha bir oxçu
qız – Tamta Naveriani qoşulub. Qızlar çox sayda beynəlxalq və yerli
turnirlərdə uğurla mübarizə aparıblar.
Onu da əlavə edək ki, Salome Xarşiladze və Tamta Naverianinin şəxsi
məşqçiləri Qiorqi Qordezianidir.