Azərbaycandan Gürcüstana keçmək istəyən 8 Nepal, 2 Hindistan vətəndaşı saxlanılıb
Azərbaycandan Gürcüstana keçmək istəyən 8 Nepal, 2 Hindistan vətəndaşı saxlanılıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

"May ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 8 (səkkiz) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Hindistan Respublikası vətəndaşları saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb edilib",
– məlumatda deyilir.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Serhəd
FaceBook Twitter Google