Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş
majoritar deputatı Zaur Darğallı öz feysbuk səhifəsində kənd
əhalisi ilə görüşlərə başladığı barədə məlumat paylaşıb.
Məlumata görə, ilk görüşlər Şulaveri ərazi vahidliyində
keçirilib.
“Yerli sakinlərə isti münasibətlərinə, bizi
qarşıladıqlarına görə minnətdarlığımı bildirirəm və qeyd etmək
istəyirəm ki, kəndlərdə bizim komandaya böyük etibar, dəstək hiss
olunur”, – Zaur Darğallı feysbuk
səhifəsində
yazıb.
Deputatın sözlərinə görə, əhalini partiyanın prioritetləri ilə
tanış ediblər və əhalinin ehtiyacları ilə maraqlanıblar.
Foto-materialdan görünür ki, görüşdə özünüidarə nümayəndələri də
iştirak ediblər.
“Biz bütün kəndlərə gedəcəyik və sizin fikrinizi
dinləyəcəyik”, - deputat yazır
Qeyd edək ki, görüşlər haqqında “Marneuli” radiosuna ənənəvi olaraq
məlumat verməyiblər.