“Kim düşünürsə ki, Rusiya əraziləri güzəştə gedib bizə qaytaracaq, demək o şəxs tarixi öyrənməyib”
Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, Rusiyaya güzəştə getmək Gürcüstana heç nə gətirməyəcək.

“Belə bir tarixi olan bir xalq Moskvanın siyasətinin Rusiyanın maraqlarından başqa hər şeyə əsaslana biləcəyinə necə inana bilər”,
– deyə prezident sual edib. O qeyd edib ki, Rusiyanın güzəşt müqabilində işğal etdiyi əraziləri geri qaytaracağını düşünən “tarixdən heç nə öyrənməyib”.

“Belə bir tarixim
olan bir xalq necə inana bilər ki, Rusiyanın siyasəti kiminsə yaxşı və ya pis davranışına, yaxud hər hansı bəyanata, öz maraqlarından başqa hər hansı bir şeyə istiqamətlənə bilər? Rusiya müharibəyə başlayanda Ukraynadan nə asılılığı vardı?

Kim düşünürsə ki, Rusiya bizim güzəştlər müqabilində əraziləri bizə qaytaracaq, tariximizdən heç nə öyrənməyib. Yaxud işğalçının soydaşlarımızın rifahının qayğısına qala biləcəyinə necə inanaq? Biz Abxaziya və Tsxinvalidə vətəndaşlarımıza kimin zülm etdiyini unuduruq?”, -
deyə prezident bildirib.
___________________________________
Prezident çıxışında digər məsələlərə də toxunub. Xüsusilə, o, Sergey Lavrovun qohumlarının təhlükəsizlik zəmanəti olmadan toya Kvareliyə gələcəklərinə şübhə edib və Rusiyaya birbaşa uçuşların bərpasına növbəti dəfə mənfi münasibət bildirib.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google