Marneulinin reqbi klubunun yetirmələri festivalda iştirak ediblər
Marneulinin "Armazi" reqbi klubunun yetirmələri uşaq reqbi festivalında iştirak ediblər. Bu barədə məlumatı Marneuli İdman Məktəbi feysbuk səhifəsində paylaşıb.

Məlumata görə, Gürcüstan Reqbi İttifaqının təşkilatçılığı ilə Tbilisidəki "Xvamls Arena"da "Uşaq Reqbi Festivalı"nın mövsümünün yekun görüşü keçirilib.

"Sözügedən festivalda Marneuli Reqbi Klubunun 11 yaşa qədər və 13 yaşadək 50-yə yaxın uşağı hər biri iki komanda olmaqla iştirak ediblər", – məlumatda deyilir.

Qeyd edək ki, bütün Gürcüstanda müntəzəm olaraq həftə sonları uşaq reqbi festivalları keçirilir. Festivalın əsas məqsədi reqbinin təbliği və gələcək nəslə ötürülməsidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google