İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
(ƏMDX) və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı
üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatı və kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.
İmzalanma mərasimi Tbilisidə keçirilən Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş
Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.
Sənəd daşınmaz əmlakın qeydiyyatı
və kadastrı sahəsində iki ölkənin
müvafiq qurumları arasında əlaqələrin qurulmasını, gələcəkdə bu
sahədə əməkdaşlığın genişləndirilməsini, qanunvericiliklə bağlı
təcrübə mübadiləsinin aparılmasını özündə ehtiva edir.