Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 1986-cı il
təvəllüdlü, əvvəllər məhkum olunmuş A.M. qəsdən sağlamlığa az ağır
zərər vurma maddəsi ilə saxlanılıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il
noyabrın 26-da Batumi şəhərində mübahisə zəminində soyuq silahdan
istifadə etməklə tanıdığı kişiyə - 1983-cü il təvəllüdlü Q.M.-yə
xəsarət yetirib və hadisə yerindən gizlənib. Yaralıya müvafiq tibbi
yardım göstərilib.Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin
hökmü ilə A.M təqsirləndirilən şəxs qismində istintaqa cəlb
edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən cinayəti törətmiş
silah-bıçaq sübut kimi götürülüb”, - Daxili İşlər
Nazirliyindən bildirilib.
Qəsdən sağlamlığa az ağır zərər vurma faktı üzrə istintaq Gürcüstan
Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır. Cinayət 4 ilə
qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.