Gürcüstanın hakim partiyası: Azərbaycanla dostluq bizim üçün strateji əhəmiyyət daşıyır
Azərbaycanla dostluq bizim üçün strateji əhəmiyyət daşıyır.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O, Gürcüstanın Avropaya inteqrasiyasının Azərbaycan üçün də əhəmiyyətli olduğunu deyib.

“Bizim dost ölkəmizin Prezidenti İlham Əliyevin Avropaya inteqrasiyamıza bu cür prizmadan baxması çox yaxşıdır. Bizim Avropaya inteqrasiya yolunda əldə etdiyimiz tərəqqi bizim dostumuz, qonşumuz olan Azərbaycan üçün də vacibdir və Prezident İlham Əliyevin bəyanatı çox maraqlı və vacibdir”,
- Kobaxidze deyib.
Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google