Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət
edilməyə məruz qalan
(ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və
qadın yaşayır.
Bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast
gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də
qarşılaşmaq mümkündür. Və Qərbi Avropa, Şimali Amerika, Avstraliya
və Yeni Zelandiyada yaşayan miqrantlar
arasında da qadın sünnəti
yayılıb, BMT deyir.
Qurum fevralın altısı qeyd olunan Qadın Sünnətinə qarşı Beynəlxalq
Sıfır Tolerantlıq Günündə insanları FGM-ə son verməyə səsləyib.
FGM qadınların gələcək həyatına təsir göstərən fiziki və əqli
problemlərə yol aça bilər, Keniyanın İsiolo əyalətində yerləşən
Borana Cəmiyyətindən Bishara Sheikh Hamo izah edir.
"Mən 11 yaşımda sünnət edilmişəm," Bishara deyir.
"Nənəm mənə sünnətin hər bir qız üçün vacib olduğunu deyirdi. Bu
yolla biz pak qalırmışıq."
Amma Bishara nizamsız aybaşılar, böyrək problemləri və davamlı
infeksiyalara yoluxacağından xəbərsiz imiş. Bu yolla təbii doğuşdan
da məhrum olub, yalnız qeysəriyyə əməliyyatı vasitəsilə dünyaya
uşaq gətirə bilib.
İndi o, anti-FGM kampaniyaçısıdır.
Qadın sünnəti nədir?
Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM
qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə
götürülməsi ilə müşayiət olunur.
Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi
ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan
qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.
Misirli bloqçu və rejissor Omnia İbrahim deyir ki, FGM stress
yaşadan bir prosesdir və qadınların münasibətləri və özləri
haqqında fikrinə dağıdıcı təsir göstərir.
"Özünü buz parçası kimi hiss edirsən. Hissiyyat yox; sevgi yox;
istək yox," o söyləyir.
Omnia, həyatı boyu FGM vurduğu psixoloji təsirdən əziyyət çəkdiyini
deyir. Cəmiyyətin ona "bədən seks deməkdir və seks günahdır
düşüncəsini aşıladığını" dilə gətirir.
"Beynimdə bədənim lənətimə çevrilmişdi."
"Həmişə özümə sual edirdim ki, görəsən mənə ondan qorxmaq lazım
gəldiyini dediklərinə görəmi seksdən nifrət edirəm, yoxsa həqiqətən
də maraqlı deyil deyə?"
Keniyada Bishara BBC-yə, onunla yanaşı dörd başqa qızın da sünnət
olunduğunu deyib.
"Gözlərimi bağlamışdılar. Sonra sünnət edən qadın əllərimi də
arxadan bağladı. Ayaqlarımı geniş araladılar və labiamı
kəsdilər."
"Bir neçə dəqiqə sonra, kəskin ağrı hiss etdim. Qışqır-bağır salsam
da, heç kim mənə eşitmirdi. Təpik atıb, onları itələməyə
çalışırdım, amma güclü bir şey ayağımdan yapışmışdı.
O deyir ki, çox "acınacaqlı vəziyyət idi. Ən kəskin tibbi
proseslərdən biridir və gigiyenaya məhəl qoyan yox idi. Hər
dördümüz üçün eyni kəsici alətdən istifadə etdilər".
Yeganə ağrıkəsici vasitə ənənəvi üsul idi: "Yerdə bir deşik var idi
və həmin deşikdə bitkilər saxlayırdılar. Sonra ayaqlarımı keçi kimi
bağladırlar və o bitkilərdən mənə sürtdülər. Sonra isə 'növbəti
qız, növbəti qız' çağırıb, başqa qızı içəri saldılar..."
Qadın sünnəti bir çox ölkələrdə qeyri-qanuni sayılsa da, Afrika,
Asiya və Yaxın Şərqin müəyyən hissələrində və həmin ölkələrin
diasporalarında mütəmadi şəkildə həyata keçirilir.
FGM-in dörd növü var:
1. Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin
tamamilə və ya qismən kəsilməsi.
2. Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı,
kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da
kəsilməsi.
3. İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri
qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin
dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də
baş tutur.
Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı
infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır
və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer
daralır.
Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya
doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş
zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.
4. Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi,
çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli
proseslər daxildir.
Niyə baş verir?
Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial
normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının
bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin
seksual həzzini artırmaq daxildir.
Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin
şərt hesab olunur.
Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq
üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının
kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları
qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.
Proses adətən qızların icazəsi olmadan aparılır və dünyada
sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı
zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq
istismarı kimi qeydə alınır.
FGM harada daha çox yayılıb?
Demək olar ki, heç vaxt
Nadir hallarda, FGM-in ümumi hal sayıldığı etnik azlıq və ya
miqrant icmalarda (<11%)
11-25% qadın sünnət edilib
26-50% qadın sünnət edilib
Qadınların yarısından çoxu sünnət edilib
Heç bir məlumat yoxdur
Bu göstəricilərə sünnətin həm yüngül, həm də ağır formaları
daxildir.
Mənbə: Qadın Statistikası Layihəsi, 2015
Unicef və Beynəlxalq Səhiyyə Təşkilatının sorğu apardığı qadınların
əksəriyyəti sünnət haqqında danışmağın tabu olduğunu deyib. Ya
tənqiddən, ya da sünnətin qeyri-qanuni olduğu ölkələrdə ailə və
icma üzvlərinin həbsindən qorxurlar.
Buna görə də rəqəmlər təxmin əsasında tərtib olunub.
Yuxarıdakı xəritə Qadın Statistikası Layihəsi (The Woman Stats
Project) tərəfindən hazırlanıb. Layihədə məsələ ilə bağlı
araşdırmanın nəticəsi, BMT və Unicef-in məlumatlarından istifadə
olunub.
BMT FGM-in Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə daha çox
yayıldığını təxmin etsə də, bəzi Asiya və Latın Amerikası
ölkələrində də qarşılaşmaq mümkündür. Və Qərbi Avropa, Şimali
Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında
da qadın sünnəti yayılıb, BMT deyir.
Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı
araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı
qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq,
təcrübədən hələ də geniş şəkildə istifadə olunur.
Qadın sünnətinin qeyri-qanuni sayıldığı Birləşmiş Krallıq kimi
ölkələrdə bu, daha çox körpələrə və azyaşlı uşaqlara tətbiq olunur,
mütəxəssis və vəkil Dr. Charlotte Proudman deyir.
Buna görə də "vəziyyəti aşkarlamaq demək olar ki qeyri-mümkündür".
Qızlar məktəbə getmirlər və ya bunu dilə gətirəcək qədər böyük
deyillər deyə, araşdırma aparmaq çətindir.
Bu yaxınlarda Londonda üç yaşlı qızını sünnət etdirən bir ana qeydə
alınıb. Bu, Birləşmiş Krallıqda ictimai şəkildə aşkarlanan ilk
bənzəri haldır. Onun haqqında hökm martın 8-i oxunacaq.
Bu barədə
BBC.az məlumat yayıb.