2023-cü ildə Rusiyadan olan miqrantların 17%-i Gürcüstanı tərk edib
2023-cü ildə Rusiyadan olan miqrantların 17%-i Gürcüstanı tərk edib. Bu barədə “TBS Capital” hesabatında - “2024-cü il üçün makroiqtisadi gözləntilər və 5 əsas mövzu”da deyilir.

Tədqiqat müəlliflərinin fikrincə, 2024-cü ildə miqrantların qismən xaricə axınına baxmayaraq, iqtisadiyyat 5,6% artacaq və məzənnə sabit olacaq.

“2024-cü ildə miqrantların xaricə axını turizmin güclənməsi və yerli istehlakın artması ilə tarazlaşdırılacaq. 2024-cü ildə miqrasiya daşınmaz əmlakın dinamikasının müəyyənedici amili olmayacaq”, - tədqiqatda deyilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google