Polis Marneulidə hədə-qorxu ilə pul tələb etmək faktına görə bir nəfəri saxlayıb (VİDEO)
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q. külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməyi nəzərdə tutur.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdə yaşayan kriminal avtoritet adından istifadə edərək müxtəlif vaxtlarda vətəndaşlarla əlaqə saxlayıb və onlardan külli miqdarda əmlak əldə etmək məqsədi ilə 100 min ABŞ dolları istəyib, onları öldürməklə və əmlaklarını məhv etməklə təhdid edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən T.Q. hakimin hökmü əsasında həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən
şəxsin üzərində şəxsi yoxlama nəticəsində, onun pul tələb etmək üçün vətəndaşlarla əlaqə saxladığı mobil telefon və SİM kartlar maddi sübut kimi götürüb.

Külli miqdarda əmlakı əldə etmək məqsədilə törədilmiş hədə-qorxu ilə tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google