"Biz yeni qanun layihəsinin (“Xarici agentlər” haqqında
qanun-red) Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün
çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən və
ölkənin Avropa yolundan sapmasına səbəb olacağından çox
narahatıq".
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri
Metyu Miller deyib.
“Biz həmçinin yeni qanun layihəsinin Gürcüstan vətəndaşlarına
keyfiyyətli məlumat vermək üçün çalışan müstəqil media qurumlarına
mane olacağından narahatıq, lakin bu, hələ də qanun layihəsi
olduğundan heç bir nəticəni müzakirə etməyəcəyəm”, -
o vurğulayıb.
M.Miller hakimlərə qarşı sanksiyalarla bağlı məsələyə də
toxunub.
“Sanksiyalar cəzasızlıqdan bəhrələnən bədxahların
məsuliyyətə cəlb edilməsinə, həmçinin Gürcüstan cəmiyyətində və
məhkəmə sistemində qanunun aliliyinə xələl gətirmək üçün görülən
işlərə görə tətbiq edilib. Gürcüstan hakimiyyəti ilə ünsiyyətə
gəlincə, biz, əlbəttə hakimiyyəti korrupsionerlərin məsuliyyətə
cəlb edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - o
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.