"Layihələrdən və ya müsabiqələrdən, demək olar ki, Gürcüstanın hər yerindən çoxsaylı dost qazanmışam” – Marneulili Natia Hüseynova donordan nə əldə edib
Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanunu – “Rus qanunu” və ya agentlər haqqında qanunu ikinci dəfə irəli sürüb. Qanuna əsasən, gəlirlərinin 20%-dən artığı beynəlxalq təşkilatlardan maliyyələşən qeyri-hökumət təşkilatları vahid reyestrdə qeydiyyatdan keçməlidirlər və onlara xarici təsir daşıyıcısı statusu veriləcək. Bu Gürcüstandakı keçid demokratiyası şəraitində təşkilatların fəaliyyətinə mənfi təsir göstərəcək. Qanundan təşkilatların nüfuzdan salınması üçün istifadə olunacaq. Bu qanuna
niyə “rus qanunu” deyirik? Rusiyada artıq qəbul edilmiş “Agentlər qanunu” bütün qeyri-hökumət təşkilatlarının ləğv edilməsinə, medianın bağlanmasına səbəb olub. Qanun tənqidi fikrə sahib olan mülki fəallara da təsir göstərib, onlar həbsxanaya salınıb ya da ölkəni tərk etməli olublar.

Gürcüstan hökuməti tərəfindən seçilmiş bu qanunun maliyyə şəffaflığını tənzimləməsi kimi təbliğat məzmunlu “mesaj” yanlışdır. Çünki Gürcüstan qanunvericiliyi artıq maliyyə şəffaflığını təmin edir. Vergi Məcəlləsində, bəyannamələrin doldurulmasında donor təşkilatların köçürdüyü vəsaitlər artıq qeydiyyatdan keçirilir və hakimiyyətin müxtəlif qurumları onsuz da maliyyənin hansı istiqamətə ayrıldığını bilirlər.

Natia Hüseynova beynəlxalq donorlar tərəfindən maliyyələşdirilmiş layihələrlə qazandığı təcrübədən danışır. Qanunun qəbul edildiyi təqdirdə Natia Gürcüstanı tanımasına dəstək olan və onun böyük təcrübə topladığı təşkilata agent statusu veriləcək. Natia isə həmin təşkilatın benefisiarı kimi neqativ kontekstdə xatırlanacaq.
Bu alternativ təhsil yolu olmasaydı, dövlət Natiaya hansı imkanları verəcəkdi?


"#donordanəldəetdiklərim – kampaniyaya qoşul və öz hekayəni danış.
Salam! Mən Natiayam. Artıq 1 ildən çoxdur ki, USAİD-in “Birlik rəngarənglikdədir” proqramı çərçivəsində Marneuli Gənclər Mərkəzinin fəal üzvüyəm.
Gürcüstan miqyasında ümumilikdə 16 Gənclər Mərkəzi fəaliyyət göstərir, onlardan biri Marneulidədir. İndi isə sizə öz hekayəmi danışacağam
İlk addım atdığım günü hələ də xatırlayıram. Həmin an başa düşdüm ki, olmaq istədiyim yerdəyəm. Məhz burada yeni imkanlar, yeni bilik və təcrübə əldə edə bildim.
Hər şeyə təlimlər nəticəsində inkişaf edən bacarıqlarla başladım. Bu yolla şəxsiyyət, eləcə də akademik baxımdan inkişaf etdim
Həmin proqram çərçivəsində mənim regionlararası mübadilə proqramından iştirak etmək üçün möhtəşəm imkanım oldu. Bu yolla ən gözəl şəhərlərdən biri, Kutaisini gördüm. Bu çox yaxşı, unudulmaz xatirələr və insanlar ilə dolu təcrübə idi. Bu gün, demək olar, bütün Gürcüstandan müxtəlif proqramlardan, layihə və ya müsabiqələrdən qazandığım çoxsaylı dostlarım var 
Bundan əlavə, “Erasmus” proqramında iştirak etməyim mənim həyatımdakı keçidlərdən biridir. “Erasmus+” mübadilə proqramının mənim həyatımdakı rolunu qeyd etməyə bilmərəm. Bu proqram çərçivəsində öz komfort zonamdan çıxmağı bacardım, böyük təcrübə qazandım, inkişaf etdim və yeni bacarıqlar qazandım, ünsiyyət bacarıqlarımı inkişaf etdirdim. Buradan əldə etdiyim təcrübə həyatımın bütün mərhələlərində mənə lazım gələcək.
USAİD-in, Avropa İttifaqının, Erasmusun və digər donor təşkilatların maliyyə dəstəyi ilə Gürcüstanda həyata keçirilən layihələrdən faydalanan bütün gəncləri bu kampaniyaya qoşulmağa çağırıram
Bunun üçün qeyd olunan heşteqdən istifadə edin: #donordanəldəetdiklərim və öz hekayənizi danışın. Mən öz hekayəmdən bir az danışdım, indi isə sənin növbəndir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google