Aksiyaya bölgələrdən gələn vətəndaşların yerləşdirilməsi üçün qrup yaradılıb
“Rus qanununa” qarşı keçirilən aksiyalara görə, regionlardan Tbilisiyə gəlmiş vətəndaşların gediş haqqı, qalmaq üçün yer və yemək xərclərini təmin etmək məqsədilə feysbuk qrupu yaradılıb.

“Daitove” adı ilə yaradılan qrup “məni evində saxla” mənasını daşıyır. İndiki mərhələdə 57 mindən çox vətəndaş qrupa qoşulub.

“Qrup insanları əlaqələndirmək üçün yaradılıb.

Aksiyada iştirak etmək istəyən, ancaq regionlarda yaşayan və həmin gün, gec saatlarda evə qayıda bilməyən şəxsləri Tbilisidə
yaşayan, imkanı olan həmfirikləri aksiyadan sonra öz evlərində qonaq edə bilərlər”,
– qrupun açıqlamasında yazılıb.

Dünən, 30 aprel tarixində Parlamentdə “Rus qanununun” komitə dinləməsi ilə yanaşı Rustavelidə aksiya keçirilirdi. Hüquq-mühafizə orqanı nümayəndələri dinc aksiyanı güc metodları ilə dağıdıblar. Bibər spreyi, yandırıcı qaz və su şırnağından istifadə olunub. Hüquq-mühafizə orqanı tərəfindən vətəndaşların fiziki təhqir edilmə faktları qeydə alınıb.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, aksiyada 63 nəfər saxlanılıb.

Aksiya Gürcüstan Parlamentinin qarşısında bu gün, 1 may tarixində də baş tutacaq.
Əgər regonda yaşayırsansa, aksiyaya qoşulmaq istəyirsənsə, amma Tbilisiyə getmək və qalmaq üçün imkanın yoxdursa, o zaman qrupa üzv ol və vətəndaşlar gecə qalmaq, yemək, gediş haqqı üçün sənə kömək edəcəklər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google