Teona Akubardia: Mən “Gürcü arzusundan” olan kişi deputatları dayandırırdım, onlar qadınlara kitab atırdılar
Rus qanunu parlamentin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

İclas başlamazdan əvvəl zalda deputatlar arasında səs-küy və mübahisə yaranıb.

Müxalifət deputatı Teona Akuardia jurnalistlərə bildirib ki, “Gürcü arzusundan” olan kişi deputatlar qadınlara kitab və butulka atıblar.

Onun sözlərinə görə, Şalva Papuaşvili “saxta” narahatlığını bildirmək üçün ağır döyülən VMH-ın rəhbəri Levan Xabeişvilinin yanına gedib və Tina Bokuçava ona “bunun heç kimə lazım olmadığını” deyib.

Akubardia bildirib verir ki, Dimitri Xundadze kitabı atmağa başlayıb və bunun ardınca qarşıdurma olub.

“Fiziki qarşıdurma baş verdi, qadınlara kitablar, şüşələr atıldı... Papuaşvili Xabeişvilinin yanına gəldi, peşman olduğunu demək istədi. Sonra Tina Bokuçava gəldi - narahatlığınız heç kimə lazım deyil, sonra döyüş başladı, qadınlara şüşə atılır, fiziki güləş gedir. Bu ölkədə parlament yoxdur, demokratiya yoxdur. Mən “Gürcü arzusundan” olan kişi deputatları dayandırası oldum, onlar qadınlara kitab atırdılar”, - Akubardia bildirib.

Sessiya başlamazdan əvvəl fiziki qarşıdurma yarandığı üçün media nümayəndələri zala buraxılmayıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123