Müxalifət nümayəndələri Avropa siyasətçiləri ilə görüşüblər
Müxalifət nümayəndələri Avropa siyasətçiləri ilə görüşüblər.
Söhbətin mövzusu rus qanunları və “Gürcü arzusu”nun hərəkətləridir.

Avropa İttifaqına üzv 4 ölkənin xarici işlər nazirləri bu gün Gürcüstandadır: Qabrielius Landsbergis (Litva), Marqus Tsanka (Estoniya), Tordis Gilfadotri (İslandiya) və Bayba Braze (Latviya), həmçinin Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Roth.

Hakimiyyət onlarla görüşməkdən imtina edib.

Görüşdən sonra deputat Tamar Kordzaia jurnalistlərə deyib ki, onlar “mövqe mübadiləsi aparıblar”.

“Onlar da deyirlər ki, Gürcüstana Avropadan daha aydın və sərt dəstək olacaq. İndi bundan başqa heç nə deyə bilmərəm”, -

Tamar Kordzaia görüşdən sonra bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen bu gün axşam saatlarında Gürcüstana gələcək.

Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google