NATO-nun mətbuat katibi: Qanunun qəbul edilməsi qərarı səhv istiqamətə atılmış addımdır

NATO-nun mətbuat katibi “rus qanunu”nun üçüncü oxunuşda qəbul edilməsinə reaksiya verir və bunu səhv istiqamətə atılmış addım adlandırır.


“Gürcüstan hökumətinin “xarici agentlər” haqqında qanun layihəsini qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır və Gürcüstan dövlətini Avropa və Avro-Atlantik inteqrasiyadan uzaqlaşdırır. Biz Gürcüstanı öz kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq”, - NATO-nun mətbuat katibi Fara
Daxlala bildirib.

“Rus qanunu”nu parlament üçüncü oxunuşda qəbul edib. Qanun layihəsini 84 deputat dəstəkləyib.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rus qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
თეგები: Avropa NATO Rus qanunu
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123