Qardabaninin deputatı Savalan Mirzəyev Amerika tərəfindən
sanksiyaların tətbiq edilməsinə münasibət bildirib.
Parlament deoutatı feysbuk səhifəsində paylaşım edib və Abxaziyanı
Amerikaya qarşı nümunə gətirib. O, bildirib ki, harasa getmək
istəyi varsa ora Suxumidir. Mirzəyev yazıb ki, heç vaxt Amerikanı
görmək arzusunda olmayıb. Gürcüstanda doğulub, böyümüş azərbaycanlı
Abxaziyanı, İlori ibadətgahını görmək istəyir.
“Sizi salamlayıram, dostlar!
Gürcüstanın müstəqilliyi, həqiqi süverenliyi üçü mübarizə həlledici
fazaya keçib. “Gürcü Arzusu” qərar qəbul edəndə komandanın hər bir
üzvü bilirdi ki, qeyri-normal təyiqlər, hədələr, aksiyalar olacaq.
Lakin biz bunun üçün hazır idik. Bizim komandanın bir olduğu heç
birimizin geri çəkilməməsindən, bütün təzyiqlərə dözməsindən,
gələcəkdə də dözəcəyindən görünür, amma...
Amerika Birləşmiş Ştatlarının rəsmi şəxsləri açıq anons edirlər ki,
fərdi sanksiyalar tətbiq edəcəklər. Bizə və ailə üzvlərimizə
Amerikada təhsil almaq qadağan olacaq. Düzünü desəm, Parlament üzvü
olaraq Amerikaya getmək üçün dəfələrlə fürsətim olub. Viza
problemim də olmayacaqdı, amma heç vaxt Amerikanı görmək istəyim
olmayıb. Niyə? Çünki mənim başqa arzularım var, başqa yerə səyahət
etmək istəyirəm və bu “başqa yer” bizim Abxaziya, Samaçablodur.
Bəli, Manhettendə gəzməkdənsə, Suxumi küçələrində gəzməyə üstünlük
verirəm. Nyu-Yorkda, “Azadlıq adasında” yerləşən azadlıq heykəlini
görməkdən, okeanı gözdən keçirməkdənsə, Biçvinti sahilində Qara
Dənizi görməyə üstünlük verirəm. Mənim üçün Azadlıq adası və
Azadlıq torpağı məhz Abxaziya, Samaçablodur.
Mənə Amerikada Ritsaya bərabər olacaq yer, Abxaziyanın dəniz
kənarındakı qumdan daha isti və yumşaq qum göstərin, görə
bilməzsiniz, yoxdur.
Mən, Gürcüstanda doğulub, böyümüş azərbaycanlı, Abxaziyada, İlori
ibadətgahını görməyi çox istəyirəm, şkillərdə, videolarda görmüşəm
ki, heyrətamizdir, şəkillərdə göründüyündən daha çox
heyrətamizdir.
Sanksiyalara da, hədələrə də səbr edəcəyik, dözəcəyik... Abxaziya
üçün, Samaçablo üçün, Gürcüstan üçün!”, – Savalan
Mirzəyev yazıb.
Mirzəyev kimi “Gürcü Arzusu”-nun bir çox deputatı Ameirkaya qarşı
münaisbət bildirib.
23 may tarixində, Amerika Birləşmiş Ştatları Senatına ikipartiyalı
qanun layihəsi təqdim olunub. Qanun layihəsi “gürcü xalqının aktı”
adlanır və ABŞ-ın fikrincə Gürcüstanda demokratik proseslərə, Avro
Atlantika yolunda hərəkət etməyə mane olan şəxslərə qarşı
sanksiyalar nəzərdə tutur.
Savalan Mirzəyev bütün dinləmələrdə “Rusiya qanunu”-nun qəbulunu
dəstəkləyən deputatlar sırasındadır. Onunla birlikdə siyahıda
Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallının, Qoqi
Mişvelianinin də adı var.
Gürcüstan Prezidentinin Rusiya qanununa veto qoymasından sonra
belə, “Gürcü Arzusu” hələ də qanunu qəbul etməyi planlaşdırır və
Venesiya Komissiyasının rəyinə, Avropa parlamentarilərinin, Avropa
İttifaqına üzv dövlət liderlərinin çağırışına, “Avropa İttifaqına
üzv dövlətlərin rəhbərlərinin çağırışına , ABŞ tərəfindən təklif
olunan “MEGOBARI” dəstək aktına əhəmiyyət vermir. İxtisar aşağıdakı
kimi açıqlanır: Mobilizing and Enhancing Georgia’s Options for
Building Accountability, Resilience, and Independence Act, yəni
“Hesabatlılığın, Davamlılığın və Müstəqilliyin Yaradılması üçün
İmkanların Səfərbər edilməsi və Artırılması Aktı”. Həmin akta
əsasən, Gürcüstan hökuməti qərbə qarşı ritorikasını və insan
haqlarının pozulmasını dayandırarsa, Amerika Birləşmiş Ştatları
Gürcüstanla iqtisadiyyata, təhlükəsizliyə, səyahət istiqamətlərinə
təsir edəcək əhəmiyyətli yardım paketi imzalaya bilər.
Hökumətin qəbul etməyə çalışdığı qanuna görə, təşkilatlar illərdir
onsuz da dövlətə təqdim etdikləri hesabatları təqdim etməlidirlər.
Qanunun əsas məqsədi hökuməti tənqid edən müstəqil təşkilatlara
“agent” damğası vurmaq və onları hüquqi baxımdan
məhdudlaşdırmaqdır. Qanunda kilidləmə mexanizmləri yoxdur – onun
konkret hansı dövlətdən alınan maliyyəyə aid olacağı yazılmayıb və
təşkilatların məqsədi qeyd olunmayıb. Bu deməkdir ki, hökumət
qanunu bütün təşkilatlara şamil edəcək. Hətta üçüncü oxunuşda qəbul
edilən qanunda düzəlişlər edilib ki, qanun təkcə təşkilatlara
deyil, fiziki şəxslərə də şamil edilir. Ona görə də qanun rus
qanunudur, çünki o rus ruhunu daşıyır, Gürcüstanı Avropadan,
Amerikadan ayırır.
Rusiya qanununun irəli sürülməsi vətəndaşların etirazına və bu
onların Parlament binası qarşısında etiraz aksiyası keçirməsinə
səbəb olub. Vətəndaşların əsas tələbi dəyişməzdir - Parlament rus
qanununu qəbul etməməlidir. Vətəndaşların etirazlarına baxmayaraq,
“Gürcü Arzusu” hələ də “xarici şəffaflıq” rus qanununu qəbul etmək
və Gürcüstanın Avroatlantik kursunu dəyişmək niyyətindədir. Rusiya
qanunu ləğv olunmayana qədər vətəndaş sektorunun, müstəqil medianın
və vətəndaşların etirazları bitməyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.