Xüsusi təyinatlıların rəisi jurnalistə: Mən nakişiləri döyürəm, siyahımız var

Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəisi

Zviad Xarazişvili “Pirveli” teleşirkətinin jurnalistinin sualına cavab olaraq bildirib ki, o, siyahısında olan nakişiləri döyür:

“Mən gəncləri döymürəm, nakişiləri döyürəm. Siyahımız var, onu bir azdan sənə göstərəcəm[…] məni hansı sanksiyaya məruz qoyacaqlar ay qız, kameranı o yana çək” — Xarazişvili bu gün, mayın 28-də parlamentin yanında “Pirveli” televiziyasına bildirib.



Xarazişvili yüzlərlə xüsusi təyinatlının səfərbər olunduğu qanunverici orqana gəlib. "Gürcü Arzusu" bu gün prezidentin "Rus qanununa" vetosunu aradan qaldırmaq üçün səs verməyi planlaşdırır. Eyni zamanda etiraz aksiyaları da keçirilir.

Bundan başqa, “Mtavari” kanalının yaydığı kadrlarda xüsusi təyinatlıların rəhbərinin “Vahid Milli Hərəkat”ın sədri, deputat Levan Xabeişviliyə hədə-qorxu gələrək söydüyü eşidilir.



"Rus qanununa" etirazlar zamanı aprel-may aylarında xüsusi təyinatlılar mitinq iştirakçılarına, o cümlədən Vahid Milli Hərəkat Partiyasının lideri Levan Xabeişviliyə və fəal Davit Katsaravaya vəhşicəsinə fiziki təzyiq göstəriblər.
İndiyədək onları döyən heç kim saxlanılmayıb.
___________________________________
Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru, “Xareba” kimi tanınan Zviad Xarazişvili son günlər növbəti dəfə aktuallaşıb.
Xareba aprelin 16-da rus qanunlarına qarşı keçirilən aksiyada da iştirak edib, xüsusi təyinatlılar mitinq iştirakçılarına fiziki təzyiq göstəriblər. Mitinq iştirakçılarının dediyi kimi, xüsusi təyinatlılar “Xareba”nın adını hayqırmağa və onun ünvanına söyüş söyməyə başlayandan sonra onları dağıtmağa başlayıblar.

Lakin Xarebanın adı təkcə “Gürcü Arzusu” hökuməti ilə bağlı deyil. Daxili işlər naziri Vaxtan Qomelaurinin dediyi kimi, “Xareba” 30 ilə yaxındır ki, hüquq-mühafizə orqanlarında çalışır. Eduard Şevardnadzenin hakimiyyəti dövründə Dövlət Mühafizə Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrində olub.
“Milli Hərəkat”ın hakimiyyətdə olduğu dönəmdə “Xareba” Xüsusi Əməliyyat İdarəsinin (XƏB) xüsusi təyinatlı dəstəsində olub. O, 2009-cu ildə Muxrovani üsyanı ilə bağlı xüsusi əməliyyatda iştirak edib və orada hazırkı daxili işlər naziri Vano Merabişvili hərbi forma geyinmiş insanlara “iki cəsəd istəyirəm” demişdi.


 

Mənbə: Netgazeti



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google