Gürcüstan Milli Bankının açıqlamasına görə, valyuta hərracında
satışa 60 milyon ABŞ dolları çıxarılıb ki, bunun da 48 milyon 700
min ABŞ dolları satılıb.
Milli Bankdan verilən məlumata görə, orta çəkili məzənnə 2,7829
səviyyəsində olub.
Qeyd olunan məbləğ Milli Bank tərəfindən valyuta hərracında
satılmazdan əvvəl Bloomberg sistemində 1 ABŞ dollarının dəyəri 2,81
lari idi, kommersiya banklarında (“TBS” və “Gürcüstan”) 1 ABŞ
dolları 2.88 lariyə alına bilərdi.
Valyuta hərracında 48,7 milyon ABŞ dolları satıldıqdan sonra saat
14:15-ə Bloomberg sistemində 1 ABŞ dollarının qiyməti 2,79 laridir,
kommersiya banklarından
(“TBS” və “Gürcüstan”) isə 2.86 lariyə
almaq olar.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.