Çikaqo Hava Limanında təyyarə uçuş zamanı yanıb - VİDEO
Çikaqoda O'Hare Beynəlxalq Hava Limanında təyyarə havaya qalxan zaman yanıb.

Bu barədə ABC 7 telekanalı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

ÇikaqoSietl reysini həyata keçirən "Airbus A320" təyyarəsi anidən tüstülənməyə başlayıb. Alovlanma barədə məlumat aldıqdan sonra təyyarənin uçuş-enmə zolağında sürətlənməsi dayandırılıb.

148 sərnişinin hamısı təxliyə edilib və heç kim xəsarət almayıb. Onlara ehtiyat
təyyarə verilib.

Yanğının səbəbi açıqlanmayıb.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: ABŞ Çikaqo
FaceBook Twitter Google