Daxili İşlər Nazirliyinin məlumatına görə, nazirliyin Miqrasiya
İdarəsi tərəfindən aprel-may ayları ərzində qanunvericiliyə uyğun
olaraq 42 müxtəlif ölkə vətəndaşının tutularaq deportasiyası təmin
edilib.
“Həbs edilən şəxslərin bir hissəsi Gürcüstanı könüllü
tərk edib, bir qismi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi
tədbirlər nəticəsində Gürcüstandan məcburi şəkildə çıxarılıb.
Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
statusu haqqında” qanunu əsasında İraq, İran, Əlcəzair, Pakistan,
Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin ümumilikdə
42 vətəndaşı ölkədən çıxarılıb”, -bəyanatda
deyilir.
Qurumdan verilən məlumata görə, çıxarılanlar arasında Gürcüstana
daxil olmuş və qanuni əsas olmadan bu ölkədə olmuş, müxtəlif
anti-ictimai fəaliyyətlə məşğul olmuş 8 azyaşlı Azərbaycan
Respublikasının vətəndaşı da var.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.