“GIPA Media Lab” Kvemo Kartli və Cavaxeti regionlarında
video/sənədli film hazırlanması təlimlərinin yeni sezonuna
başlayır.
Bu barədə məlumatı “GİPA Media Lab” rəsmi feysbuk səhifəsində
paylaşıb.
Məlumata görə, iştirakçılar video hekayələrin necə hazırlanmalı
olduğunu və qısa sənədli filmlər üzərində işləməyi
öyrənəcəklər.
“Təlimin sessiyaları Gürcüstan İctimai İşlər
İnstitutunun (GIPA) müəllimləri tərəfindən həftə sonları
regionlarda keçiriləcək. Kurslar azərbaycan və erməni dilinə
tərcümə ediləcək. Təlimin sonunda qısa sənədli film festivalı
keçiriləcək və qalib gələn iştirakçılar hədiyyələrlə təltif
olunacaqlar. Təlim proqramı Kvemo Kartli və Cavaxeti regionlarından
olan məktəblilər, gənclər və tələbələr üçün nəzərdə
tutulub”, - məlumatda qeyd olunub.
Müraciət üçün son tarix 12 iyun 2024-cü il, saat 23:00-dır.
Kvemo-Kartlidə yaşayan və kursda iştirak etmək istəyən gənclər
qeyd olunan keçidə daxil olub, formu doldura
bilərlər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.