Rus dilində şəffaf – Avropaya inteqrasiyanı məhdudlaşdırmaq üçün siyasi icazə
Müəllimlərin hədələnməsi, uşağın fikrinə görə valideynlərin həbsi və “vətənpərvərlik tərbiyəsi” Rusiya üçün yeni deyil. Müəllimlər Putin və müharibəni dəstəkləyən bəyanatlar verməyə məcbur edilirlər, şagirdlərə Rusiya tarixi və Ukraynada davam edən müharibə haqqında yanlış məlumatlar verilir, dövlət narrativləri ilə razılaşmayanlar həbs olunur və ya məktəbdən qovulurlar.

"2023-2024-cü tədris ilinin əvvəlinə qədər 193 500 müəllim Rusiya məktəblərini tərk
edib",
– "Azadlıq" radiosu Rusiya Təhsil Nazirliyindən məlumat almış “Mühüm Hekayələr” nəşrinə əsaslanaraq yazır – "Bəzi hallarda məktəb rəhbərliyi müəllimləri işlərini tərk etməyə məcbur edir: Rəhbərliklə fikir ayrılıqları, o cümlədən ideoloji, müharibə əleyhinə mövqelər və ya rəsmi qurumlarla "problemlər" səbəbindən”, – “Azadlıq” radiosu yazır.

Gürcüstanda da müəllimlərə təzyiq halları çoxdur. Hökumət seçki dövründə də məktəb resurslarından istifadə edir, bunu 2021-ci il yerli özünüidarə seçkilərini izləyən “Ədalətli Seçkilər və Demokratiya üçün Beynəlxalq Cəmiyyət” (ISFED)“Beynəlxalq Şəffaflıq Gürcüstan” (TI) təşkilatlarının hesabatları sübut edir. Məlumatlara görə, məktəb direktorlarına təzyiqlər edilib və onların siyasi motivlərlə işdən çıxarılması qeydə alınıb, ISFED isə məktəb direktorlarının və müavinlərinin seçki prosesində iştirakını təsdiq edən sənəd əldə edib.

“Gürcü Arzusu” seçkilərdə olduğu kimi, məktəbin resurslarından “rus qanununa” dəstək aksiyalarında da istifadə edib. 29 aprel tarixində “Gürcü Arzusu” “rus qanununa” dəstək aksiyası keçirib, burada məktəbuşaq bağçalarının əməkdaşları iştirak etmək məcburiyyətində qalıblar, müəllimlərbağça işçiləri təhdid, hədə-qorxu ilə 17 may tarixində keçirilən “Ailə müqəddəsliyi günü”-nə həsr olunmuş və “Gürcü Arzusu” aksiyası məqsədini daşıyan yürüşə aparılıb.

Tələbələr və müəllimlər “rus qanununa” qarşı tətilə qoşuldular, bunun ardınca Gürcüstanın Baş naziri təhsil sistemində köklü dəyişiklikdən danışıb. Kobaxidze “TDU professorlarının böyük bir hissəsinin siyasi səbəblərə görə seçildiyini” bəyan edib və əlavə edib ki, təhsil sistemində islahatlar aparılmalıdır. Tələbələr kimi məktəblilər də etirazlara qoşulub, buna cavab olaraq 16 may tarixində Acarıstan Ali Məclisinin “Gürcü Arzusundan” olan deputatı və Təhsil Komitəsinin sədri Lado Mqaloblişvili müəllimləri uşaqlarla siyasətdən danışdıqları halda cəzalandıracaqları ilə hədələyib.

“Valideynlərdən xahiş edərdim ki, uşaqlar evə gəlib müəllimlərinin siyasətdən danışdığını deyəndə Təhsil Nazirliyinin qaynar xəttinə zəng etsinlər, ondan sonra isə biz, şəxsən mən bunun təşəbbüskarı olmuşam, Acarıstanın Təhsil Nazirliyi məktəblərdə və həmin şəxslərdə yoxlamalar aparmaq üçün tam təchiz olunub, ümumi təhsil haqqında qanunu pozan və uşaqlarla siyasətdən danışan şəxs cəzasını almalıdır”,
– Mqaloblişvilinin Acarıstan Ali Məclisinin iclasında çıxışından sonra müəllimlər və “rus qanununun” əleyhdarları arasında qarşıdurma yaranıb. Marneulili müəllim Temur Suğaşvili öz “Facebook” səhifəsində yazır ki, o, tələbələrlə siyasi ideologiyadan danışır, konstitusiyanı oxuyur, qanunları, beynəlxalq sənədləri göstərir, həmçinin seçki sistemindən danışır.

“Rus qanunu” qüvvəyə minərsə, Gürcüstan Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı kimi tərəfdaşlarını itirəcək. Gürcüstan, o cümlədən təhsil sistemi Qərb tərəfdaşlarından çox faydalar əldə edib. Marneulili müəllimlər bu illər ərzində Qərb tərəfdaşlarından hansı faydaları əldə etdiklərini və Gürcüstan üçün Avropaya doğru irəliləməyə davam etməyin nə qədər vacib olduğunu izah edirlər. Amerika Birləşmiş Ştatları Gürcüstanda məktəb təhsilini yaxşılaşdırmaq üçün 100 000 000 dollar xərcləyib, bunun hesabına məktəblərin bərpası və Qərb standartlarına uyğun təhsil müəssisələrinin açılması mümkün olub, USAID isə qeyri-gürcüdilli məktəblərdə ikidilli kitabların hazırlanmasına 298 000 dollar xərcləyib.


Əgər “Gürcü Arzusu” ictimaiyyətin “rus qanunu” adlandırdığı şəffaflıq haqqında qanunu qəbul edərsə – çünki Rusiyada da oxşar qanun qəbul edilib və onun həyata keçirilməsi Rusiya cəmiyyətini elə bir vəziyyətə gətirib ki, tənqidi fikri olan əhali adi məktəb müəllimlərindən tutmuş kino və ya teatr rejissorlarına qədər həbsxanaya düşür, yaxud ölkədən kənarlaşdırılır, emiqrasiyaya gedir.

Bu qanun Gürcüstanı Avropa ailəsinə inteqrasiyadan ayırır və onu Avropalı vergi ödəyicilərinin vəsaitləri hesabına ölkə üçün mühüm islahatların aparılması və infrastrukturun inkişafının davam etdirilməsi imkanından məhrum edir.

“Gürcü Arzusu”nun nümayəndələri Avropaya “ləyaqətlə” getdiklərini və heç kimin Gürcüstanın suverenliyinə qarışmamalı olduğunu deyirlər. “Gürcü Arzusu” da “rus qanununa” qarşı etirazları “ağartmağa” və gürcü xalqının etirazını Ukraynadakı “Maydan” ilə müqayisə etməyə çalışır. Onların narrativinə görə, “Maydan” Rusiya tərəfindən Ukraynanın geniş miqyaslı işğalına səbəb olub və “rus qanununa” qarşı aksiyalar isə Gürcüstanı işğalına səbəb olacaq.


Gürcüstan Prezidenti tərəfindən “rus qanununa” veto qoyulmasından sonra da “Gürcü Arzusu” yenə də qanunu qəbul etməyi planlaşdırır və Venesiya Komissiyasının rəyinə, Avropa Palamenti üzvlərinin və Avropa İttifaqı ölkələrinin liderlərinin çağırışlarına, ABŞ-ın təklif etdiyi MEGOBARİ dəstək aktına diqqət yetirmir. Abbreviatura aşağıdakı kimidir: “Mobilizing and Enhancing Georgia’s Options for Building Accountability, Resilience, and Independence Act” – yəni “Gürcüstanın Hesabatlılığın, Davamlılığın və Müstəqilliyin Yaradılması üçün İmkanlarının Səfərbər edilməsi və Gücləndirilməsi Aktı”. Akta əsasən, əgər Gürcüstan hakimiyyəti qərbə qarşı ritorikanı və insan hüquqlarının pozulmasını dayandırarsa, Amerika Birləşmiş Ştatları Gürcüstanla iqtisadiyyat, təhlükəsizlik, səyahət istiqamətində mühüm yardım paketi imzalaya bilər.

“Avropa İttifaqı Məhkəməsi Macarıstan üçün bu qanunun daha yüngül variantını belə ləğv edib. Bilirik ki, bu qanun Avaropa İttifaqı qanunlarına və Avropa İttifaqı dəyərlərinə ziddir. Bu cür uyğun olmayan qanunla biz fiziki olaraq Avropa Birliyinə üzv ola bilməyəcəyik və artıq görürük ki, Avropa Parlamenti və digər strukturlar Avropa Komissiyasını Gürcüstanın Avropa İttifaqına üzvlüyünün növbəti addımı ilə bağlı danışıqlara başlamamağa, artıq verilmiş namizəd statusunu belə şübhə altına qoymaq və statusu ləğv etməyi düşünməyə çağırıblar", – Cinayət məsələləri üzrə hüquqşünas Saba Braçveli bildirib.

Bu qanun bütün Gürcüstan vətəndaşlarına aiddir – deyə o, bildirib və qeyd edib ki, “rus qanunu”-nu qəbul etdiyi halda Gürcüstanın vizasız rejim kimi imkanları olmayacaq.


“Gürcü Arzusu”-nun qəbul etməyə çalışdığı şəffaflıq qanunu hakim partiyaya seçkilər zamanı tənqidi rəyi, müstəqil və müxalif mətbuatı, müstəqil müşahidəçiləri “sıradan çıxarmağa” kömək edir.
Qanuna daxil edilən nəzarət mexanizmləri müşahidənin, təşkilatların yoxlanılmasının və dinləmələrin leqallaşdırılmasını nəzərdə tutur.

Hökumətin qəbul etməyə çalışdığı qanuna görə, təşkilatlar illərdir, dövlətə onsuz da təqdim etdikləri hesabatları təqdim etməlidirlər. Qanunun əsas məqsədi hökuməti tənqid edən müstəqil təşkilatlara “agent” damğası vurmaq və onları hüquqi baxımdan məhdudlaşdırmaqdır. Qanunda kilidləmə mexanizmləri yoxdur – onun konkret olaraq hansı dövlətdən alınan maliyyəyə aid olduğu və təşkilatların məqsədi qeyd olunmayıb. Bu deməkdir ki, hökumət qanunu bütün təşkilatlara şamil edəcək. Hətta üçüncü oxunuşda qəbul edilən qanunda dəyişikliklər edilib ki, qanun təkcə təşkilatlara deyil, fiziki şəxslərə də şamil edilir. Ona görə də qanun “rus qanunudur”, çünki o, Rusiya ruhunu daşıyır, Gürcüstanı Avropadan, Amerikadan uzaqlaşdırır, ayırır.

“Rus qanununun” irəli sürülməsi vətəndaşların etirazına, onların Parlament binası qarşısında etiraz aksiyası keçirməsinə səbəb olub. Vətəndaşların əsas tələbi dəyişməzdir - Parlament “rus qanununu” qəbul etməməlidir. Vətəndaşların etirazlarına baxmayaraq, “Gürcü Arzusu” hələ də Rusiyada olduğu kimi “xarici şəffaflıq haqqında” qanunu qəbul etmək və Gürcüstanın Avroatlantik kursunu dəyişmək niyyətindədir. “Rus qanunu” ləğv olunana qədər vətəndaş sektorunun, müstəqil mətbuatın və vətəndaşların etirazları bitməyəcək.

"Marneuli" Radiosu
Müəlliflər: Tiko Davadze, Vladimer Çxitunidze və Amil Məmmədov

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google