İrakli Kobaxidze Berlində, Ukraynanın bərpa olunması
konfransında iştirak edir.
Baş nazir jurnalistlərə dedi:
“Tərəfdaşlarımızla birlikdə Ukraynanın yenidən
qurulmasına kömək etmək üçün əlimizdən gələni etmək
borcumuzdur”.
Onun sözlərinə görə, Gürcüstan bütün platformalarda Ukraynanın
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Xatırladaq ki, Rusiyanın Ukraynanı işğal etdiyi vaxtdan hakim
partiya “Qərb və “radikal müxalifət”in Gürcüstanda ikinci cəbhə
açmaq və onu
Ukraynalaşdırmaq istədiyini” iddia edir. Onlar
arasında İrakli Kobaxidze dəfələrlə təkrar edib ki, “bu ölkənin heç
bir Maydanı və “Ukraynalaşdırılması” mümkün deyil”.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.