Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 11-nə keçən gecə
Baldi Kanyonunun mühafizəçilərinə yaşadıqları çadırda basqın edən 2
nəfər saxlanılıb.
Qardaşlar - 1979-cu il təvəllüdlü Q. X. adam öldürməyə cəhd
ittihamı ilə həbs edilib, 1983-cü il təvəllüdlü Q.X. isə təhdid
ittihamı ilə.
Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən
edilib ki, təqsirləndirilən şəxs Q.X., qarşılıqlı mübahisə
zəminində soyuq silahla həmkəndlisi, 1991-ci il təvəllüdlü M.B. –nı
yaralayıb, hadisə zamanı 1992-ci il təvəllüdlü A.B də xəsarət
alıb.
Agentliyin məlumatına görə, müttəhimlərin soyuq silahlar və ov
tüfəngləri nümayiş etdirərək yerli sakinləri öldürməklə
hədələdikləri də müəyyən edilib.
Hər iki təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb. Polis cinayətin
alətlərini dəlil kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin adam öldürməyə cəhd və hədə-qorxu ilə
bağlı 19-108 və 151-ci maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.