Azərbaycan Müdafiə Nazirliyi - Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması prosesi başa çatıb
44 günlük müharibədən sonra müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması prosesi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Qarabağ ərazisini tamamilə tərk edib.

Apreldə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qərarını təsdiqləyib.

Azərbaycan və Ermənistan arasında
2020-ci il atəşkəs rejiminin şərtlərinə əsasən, bölgədə 1960 rus əsgəri, o cümlədən yüzlərlə zirehli transportyor və digər hərbi texnika yerləşdirilib. Sülhməramlı mandat ən azı 2025-ci ilin sonuna qədər davam etməli idi, baxmayaraq ki, Rusiya qoşunlarını bölgədən vaxtından əvvəl çıxarmaq qərarına gəldi.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google