Təhsil Nazirliyinin qarşısında azərbaycandilli məktəblərin qəzalı vəziyyətini əks etdirən fotolar sərgilənib
“Salam” platforması etnik azlıqların məskunlaşdığı kəndlərdəki ictimai məktəblərin foto sərgisini keçirib. Sərgidə Marneuli, Dmanisi, Bolnisi, Qardabani və Saqareco bələdiyyələrindəki məktəblərin fotoşəkilləri təqdim olunub.

““Salam” platforması Kvemo Kartlinin 50-yə yaxın kəndinə səfər edib və bugünkü reallıqla 70-ə yaxın ictimai məktəb haqqında məlumatımız var. Səfərlər zamanı yerində aydın oldu ki, ictimai məktəblərin böyük əksəriyyəti qəzalı vəziyyətdədir və bərpaya ehtiyac
var, yaxud yeni məktəb tikilməlidir”,
– “Salam” platfromasının üzvü Ayhan Həsənli bildirir.

Həsənli “Salam” tərəfindən yayımlanmış videoda vətəndaş inteqrasiyası və millətlər arasında əlaqələr mərkəzinin araşdırmasına əsasən qeyd edir ki, Kvemo Kartlidə məktəbləri yalnız 22% bərpa, yaxud təmir olunub. Ancaq qeyd olunan 22%-dən azərbaycandilli məktəblərin hissəsi məlum deyil.

“Statistikaya əsasən, etnik azlıqlar üçün uşaq bağçalarının əlçatanlığı qalan Gürcüstannla müqayisədə üç dəfə azdır. Bu deməkdir ki, etnik azlıq nümayəndəsi olan uşaqlar üçün faktiki olaraq təhsillə ilk münasibət məktəb ilə başlayır. Təhsil Nazirliyindən əldə olunan ictimai məlumata görə, etnik azlıqların məskunlaşdığı beş bələdiyyədə, xüsusilə Qardabani, Bolnisi, Marneuli, Dmanisi və Saqarecoda yalnız 104 ictimai məktəb fəaliyyət göstərir. Bu deməkdir ki, etnik azlıqların məskunlaşdığı kəndlərin böyük hissədinə ümumiyyətlə ictimai məktəb fəaliyyət göstərmir”, – Ayhan Həsənli bildirir.

Etnik azlıqların məskunlaşdığı kənlərdəki məktəblərin təsvir olunduğu fotoların sərgisi 13 iyun tarixində, Təhsil Nazirliyi binasının qarşısında baş tutub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google