Gəlirlər Xidmətindən verilən məlumata görə, “Qırmızı Körpü”
gömrük-keçid məntəqəsinin gömrükçüləri Azərbaycandan gələn yük
avtomobilinə gömrük baxışı nəticəsində xüsusi hazırlanmış
gizləndiyi yerdə 15 tonadək bəyan edilməmiş dizel yanacağı aşkar
ediblər.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Qırmızı
Körpü” gömrük-keçid məntəqəsində Azərbaycan Respublikasından daxil
olan yük avtomobili və onun qoşqusunda şübhəli bilinərək aparılan
müfəssəl yoxlama nəticəsində 15 tonadək bəyan edilməmiş gömrük
baxışı keçirilib, xüsusi hazırlanmış gizləndiyi yerdə dizel
yanacağı aşkar edilib. İş materialları əlavə münasibət bildirilməsi
üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə göndərilib.
Beynəlxalq yükdaşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin
hərəkəti zamanı uçota alınmayan yanacağın idxalına gömrük nəzarəti
çərçivəsində ciddi nəzarət edilir. Gəlirlər xidməti avtonəqliyyat
vasitələri sahiblərini qanunsuz hərəkətlərdən çəkinməyə
çağırır”, - deyə məlumatda bildirilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.