ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi
Təşkilatının (NATO) iyulun 9-11-də Vaşinqtonda keçiriləcək
sammitində iştirak etməyə dəvət edib.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Ceyms O'Brayen əcnəbi jurnalistlər üçün keçirdiyi
brifinqdə açıqlayıb.
“Onlar tərəfdaşlar üçün tədbirlərə dəvət
olunublar”, - diplomat qeyd edib. Onun sözlərinə
görə, sammitə NATO-nun bütün tərəfdaşları dəvət olunub.
Eyni zamanda o, əlavə edib ki, Vaşinqton hakim “Gürcü Arzusu –
Demokratik Gürcüstan” partiyasının “çox azsaylı liderindən
qaynaqlanan qərarlar və ritorikadan çox narahatdır”. O'Brayenin
fikrincə, Gürcüstan iqtidarının hərəkətləri Tbilisinin Aİ və
NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415