Müdafiə Nazirliyi Bolnisidə Su-25 hərbi təyyarəsinin qəzaya
uğraması ilə bağlı növbəti dəfə açıqlama yayıb və qeyd edib ki,
hadisə yerində bütün gecə ərzində əməliyyat-axtarış tədbirləri
davam etdirilirdi.
“Müdafiə Qüvvələrinə məxsus Su-25 təyyarəsinin qəzaya
uğradığı yerdə gecə ərzində bir neçə hektar sahədə müvafiq
xidmətlər tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hadisə yerinə Gürcüstan Müdafiə naziri İrakli Çikovani və Müdafiə
Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili.
Faciəvi hadisənin tam araşdırılması üçün müvafiq xidmətlər
tərəfindən bütün zəruri prosedurlar həyata keçirilir. Bu mərhələdə
təyyarənin hissələri müəyyən edilib və qara qutu tapılıb. Həlak
olan pilotun meyiti morqa aparılıb”, - deyə məlumatda
bildirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Cinayət Məcəlləsinin 401-ci (hərbi hava gəmisinin uçuşu zamanı
təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb,
istintaq Baş Prokurorluğun prosessual nəzarəti altında
aparılır.
“İlkin araşdırmaya əsasən, uçuşdan əvvəl təyyarə
texniki sənədlərin tələblərinə uyğun olaraq tam yoxlanılıb.
Uçuşqabağı hazırlıq da həyata keçirilib və reqlamentdə nəzərdə
tutulan bütün prosedurlara əməl olunub”.
Dünən, 2 iyul tarixində Bonisidə Su-25, hərbi tipli təyyarə qəzaya
uğrayıb. Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının
pilotu həlak olub.