Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfər etmək üçün Avropa
İttifaqından mandat almayıb.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali
Nümayəndəsi Cozep Borrell deyib.
O, Brüsselin Moskva ilə təmasları istisna etdiyini söyləyib.
Qeyd edək ki, iyulun 1-dən etibarən Aİ Şurasına sədrlik altı ay
müddətinə Macarıstana keçib.
Macarıstanın Baş nazirinin Moskvaya mümkün
səfəri ilə bağlı
xəbərlər yayıldıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel
Budapeştin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqədə olmaq
səlahiyyətinə malik olmadığını bildirib.