İyulun 12-dək Gürcüstanda hava necə olacaq?

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava ilə bağlı məlumat dərc edir.



Agentliyin məlumatına görə, iyulun 12-dək yüksək temperatur fonunda Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu yağacağı, küləyin güclənməsi ehtimalı var.

Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, küləyin qısamüddətli güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu yağacağı, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google