Parlamentin sədri Şalva Papuaşvili bu gün, iyulun 12-də
keçirilən brifinqdə Avropa Sülh Fondundan (APF) Gürcüstan Müdafiə
Qüvvələrinə ayrılan 30 milyon avronun dondurulması barədə
danışıb.
Avropa İttifaqı bu qərarı Rus qanununun qəbuluna və Gürcüstan
hökumətinin anti-Qərb hərəkətlərinə cavab olaraq verib.
Yardımın dayandırılmasına baxmayaraq, Şalva Papuaşvili iddia edir
ki, bu, vacib deyil, ordunun döyüş qabiliyyəti və texnikasına
deyil,
“konkret bir məsələyə” aiddir.
"Avropa İttifaqı Fondunun dəstəyindən danışarkən bu
konkret məsələ idi. Biz bu qanunu müzakirə edəndə bu paket məhz o
zaman təsdiq olundu və bilmirəm, onların belə mənfi münasibəti var
idisə, ümumiyyətlə, niyə bu paketi təsdiq edirdilər? Bu bir neçə
həftə əvvəl, nəhayət, qanunun qəbulunun son prosesində olanda
təsdiq olundu və hamı bilirdi ki, biz bu qanunu qəbul
edirik” - Papuaşvili qeyd edib.
Papuaşvili ABŞ və Avropa İttifaqı ölkələrini tənqid etməklə yanaşı,
Gürcüstanın müttəfiqsiz olmadığını bir daha təkrarlayır.