Gürcüstan əhalisinin xarici vəsaitin ölkə siyasətinə təsir
göstərilməsi üçün istifadə edildiyini bilməyə haqqı var.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O bildirib ki, Avropa ölkələrinin Gürcüstana maliyyə yardımını
dayandırmaq qərarının səbəbi xalqın qəbul edilən qrantların hansı
təşkilatlara və nə məqsədlə yönəldiyini bilmək istəməsidir.
“Biz baxmalıyıq ki, bu qərarlara səbəb nə olub. Səbəb
Gürcüstan əhalisinin Fransa, Böyük Britaniya, Polşa, Finlandiya
kimi ölkələrdən Gürcüstana qrant axınını izləməkdə maraqlı
olmasıdır. Onlar dedilər ki, əgər siz bizim şəffaf olmağımızı
istəsəniz, o zaman maliyyələşdirməni dayandırarıq. Belə münasibət
təəssüf doğurur. Şəffaflıq həm ölkə daxili inkişafın, həm də digər
ölkələrlə əlaqələrin əsasını təşkil edir. Gürcüstan xalqının da
fransızlar, almanlar, finlər, amerikalılar və ingilislər kimi
Gürcüstana maliyyə axını və siyasi təsir üçün vəsaitin ayrılması
barədə məlumat almaq hüququ var", - Papuaşvili qeyd
edib.