Batumidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri

və əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.C. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndir
ilən şəxs Batumidə mübahisə zamanı 1997-ci il təvəllüdlü A.c-ya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı tibb müəssisəsinə çatdırılana qədər dünyasını dəyişib.

Polis R.C.-nı isti izlərlə, təqsirləndirilən şəxs qismində saxlayıb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb",
- məlumatda deyilir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google