Parlamentin sədri Şalva Papuaşvili prezident Zurabişvilidən iyulun
18-dən növbədənkənar sessiyanın çağırılmasını xahiş edir,
parlamentin növbədənkənar iclasları isə iyulun 18-19-da
keçiriləcək.
Parlament növbədənkənar sessiya çərçivəsində yeni baş prokuror
seçəcək. Həmçinin “Amnistiya haqqında” qanun layihəsinin və bir
sıra digər layihələrin birinci oxunuşda müzakirə edilərək qəbul
edilməsi nəzərdə tutulur.
“Növbədənkənar sessiyanın təyin edilməsi ilə bağlı
Salome Zurabişvilidən müsbət cavab almaq üçün 48 saat vaxt var.
Salome Zurabişvilinin parlamentin işinə müdaxilə etmək cəhdi
olarsa, bu gündən 48 saat sonra mən sessiyanı çağıracağam.
Beləliklə, iyulun 18-də, saat 12:00-da istənilən halda plenar
iclasımız olacaq”, - Şalva Papuaşvili Parlament
Bürosunun iclasında bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415