Malta təmsilçisi olan 45 yaşlı Roberta Metsola ikinci dəfə
Avropa Parlamentinin prezidenti seçilib.
623 deputatdan 562 nəfəri onun lehinə səs verib. R. Metsolanın
rəqibi olan İrene Montero isə 61 nəfərin etimadını qazanıb.
Qeyd edək ki, Avropa Parlamentinin prezidentinin səlahiyyət müddəti
2 il 6 ay təşkil edir. Bu posta növbəti seçki 2027-ci ilin
yanvarında keçiriləcək.