Elektron səsvermə sistemi necə işləyir – Marneuli sakinlərinin seçkilərdə qarşılaşacağı yeniliklər
13:37 / 17.07.2024
2024-cü ildə keçiriləcək Parlament seçkilərində seçicilərin demək
olar ki, 90% yarı-elektron qaydada səs verəcək.
Məntəqələrdə seçicilərin əksəriyyəti yeni texnologiyalarla –
qeydiyyat və seçicinin identifikasiyası aparatı və elektron
səslərin hesablanması qutuları ilə tanış olacaq.
Gürcüstan seçicilərinin demək olar ki, 90%-nin yeni elektron
sistemlərlə səs verməsinə baxmayaraq, Marneuli vətəndaşlarının
yalnız yarısı öz seçimini bu sistemlə edəcək. 22 saylı Marneuli
Dairə Seçki Komissiyasından verilən məlumata görə, bu il Marneulidə
81 seçki məntəqəsi açılacaq və yeni elektron sistemlə cəmi 41
məntəqədə seçkilər keçiriləcək.
Həmin məntəqələr bunlardır: Marneuli şəhərində 1, 2, 3, 4, 5, 6, 7,
8 saylı məntəqələr; Şaumyanda 9 saylı məntəqə; Axqula kəndində 10
saylı məntəqə; Sabirkənddə 12 saylı məntəqə; Təzəkənddə 13 saylı
məntəqə; Əzizkənddə 14 saylı məntəqə; Algeti kəndində 15 saylı
məntəqə; Algeti kəndində 16 saylı məntəqə; Algeti kəndində 17 saylı
məntəqə; Tamarisi kəndində 21 saylı məntəqə; Tsereteli kəndində 26
saylı məntəqə; Saimerlo kəndində 27 saylı məntəqə; Bəylər kəndində
28 saylı məntəqə; Algeti kəndində üzümçülük təsərrüfatında 39 saylı
məntəqə; Kürtlər və Doliskana kəndində 40 saylı məntəqə; Böyük
Muğanlı kəndində 41 saylı məntəqə; Qızılhacılı kəndində 48 saylı
məntəqə; Qızılhacılı kəndində 49 saylı məntəqə; Qızılhacılı
kəndində 50 saylı məntəqə; Qullar kəndində 51 saylı məntəqə;
Daştəpə kəndində 52 saylı məntəqə; Maradisi kəndində 54 saylı
məntəqə; Mareti kəndində 55 saylı məntəqə; Araflı kəndində 56 saylı
məntəqə; Yuxarı Saral kəndində 57 saylı məntəqə; Aşağı Saral
kəndində 58 saylı məntəqə; İmir kəndində 59 saylı məntəqə; Hallavar
kəndində 65 saylı məntəqə; Axlımahmudlu kəndində 75 saylı məntəqə;
Aşağı Qullar kəndində 76 saylı məntəqə; Marneuli şəhərində 79 saylı
məntəqə; Qızılhacılı kəndində 80 saylı məntəqə; Baydar kəndində 81
saylı məntəqə.
Yoxlama aparatı – yeni yoxlama aparatı fiziki masa siyahılarını
əvəz etdi. Bu da o deməkdir ki, seçici elektron qaydada müəyyən
ediləcək.
Səs hesablama aparatı – səslərin hesablanması aparatına yüklənmiş
proqram vasitəsilə aparat konkret seçki məntəqəsinin seçki
bülletenindəki məlumatları oxuyur, qutuya qoyulmuş bülletenləri,
seçki subyektlərinin aldığı səsləri və etibarsız hesab edilən
bülletenlərin sayını qeyd edir. “Yoxlama aparatı sensor ekranlı elektron cihazdır. Onun
korpusunun sol tərəfində MR oxuyucusu var, onun vasitəsilə cihaz
Gürcüstanın şəxsiyyət vəsiqəsindəki məlumatları oxuyur və onu
müəyyən edir. Yoxlama aparatları daim yenilənmiş rejimdə səsvermədə
iştirak edən seçicilər haqqında məlumatları üzə çıxarır. Bu da o
deməkdir ki, istənilən qeydiyyat orqanı tərəfindən yoxlanılan
seçici məlumatları bütün yoxlama aparatlarında öz əksini
tapır”, – Mərkəzi Seçki Komissiyasının yaydığı
videoçarxda qeyd olunub.
Seçki məntəqəsinə daxil olarkən seçici əvvəlcə tənzimləyici ilə
işarələmə yoxlamasından keçir, sonra seçici istənilən sərbəst
qeydiyyatçıya müraciət edir – köhnə sistemə görə, işarələdikdən
sonra seçici soyadına əsasən müvafiq qaydada qeydiyyat vərəqəsi
olan qeydiyyatçının yanına gedir. Seçici qeydiyyatçıya şəxsiyyət
vəsiqəsini və ya pasportunu təqdim edir, bundan sonra qeydiyyatçı
yoxlama aparatı vasitəsilə seçicinin şəxsiyyətini yoxlayır.
Şəxsiyyət təsdiqləndikdən sonra yoxlama aparatında qəbz görünür və
seçici onu imzalayıb kiçik, bağlı qutuya atır. Bundan sonra
qeydiyyatçı işarələmə vurur və yeni bülleten, zərf verir.
Vətəndaşlar yeni seçki bülletenində dairəni rəngləyərək öz seçimini
etməlidirlər. Yeni səs sayma aparatları yalnız o bülletenləri
oxuyacaq ki, orada seçim namizədin yanındakı dairənin rənglənməsi
ilə qeyd olunur.
Vətəndaşlar öz seçimlərini necə qeyd etməyi daha yaxşı başa düşmək
üçün bülletendə sınaq dairəsində rəngləmək imkanı əldə
edəcəklər.
Seçici bülleteni aldıqdan sonra gizli səsvermə kabinəsinə keçəcək,
istədiyi namizədi dairəyə alacaq və bülleteni zərfə qoyacaq.
Səsvermə kabinəsindən çıxandan sonra seçici bülleteni səs hesablama
aparatına yerləşdirəcək – zərf təkrar istifadəyə yararlıdır və o
seçki məntəqəsində qalır. Vətəndaş aparatın bülleteni aldığını
gördükdən sonra məntəqəni tərk edir.
“Gürcüstanda 2024-cü il Parlament seçkiləri tam
elektron qaydada keçirilmir – elektron cihazlardan iki xüsusi
prosedurda istifadə olunur: birincisi, seçicinin identifikasiyası
zamanı (konkret seçicinin həqiqətən də konkret seçki məntəqəsinə
mənsub olduğunu müəyyən etmək üçün, bu seçkilərin verilməsi üçün
ilkin şərtdir) və ikincisi – səslərin hesablanması zamanı.
Xüsusilə, seçici zərfə qoyulmuş doldurulmuş bülleteni skanerə
qoymalıdır ki, bu da ilkin nəticələrin daha tez hesablanmasını
təmin edir. Seçicinin səsvermə gizliliyini qorumaq üçün
identifikasiya cihazının skanerə (sayma maşınına) qoşulmaması
vacibdir. Seçici səsinin gizliliyinin hər hansı formada pozulması
Gürcüstan qanunvericiliyi ilə qadağandır”, – “Açıq
Məkan Qafqaz”-ın idarə heyətinin üzvü Teona Maçaraşvili deyir.
“Açıq Məkan Qafqaz”-ın idarə heyətinin üzvü Teona Maçaraşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, vətəndaşların
seçki prosedurları ilə əlaqədar əvvəlcədən məlumatlı olması
mühümdür.
“Təhlükələrə gəlincə, vətəndaşların seçki prosedurları
və qaydaları haqqında məlumatı əvvəlcədən, məsələn, MSK-nın məlumat
xarakterli videoçarxı (gürcü dilindən əlavə həm azərbaycan, həm də
erməni dillərində mövcuddur) vasitəsilə tapması mühümdür. Müxtəlif
məsələlər ilə yanaşı, vətəndaşlar seçki bülleteninin doldurulması
qaydalarına da diqqət yetirməlidirlər (məsələn, bu il istədikləri
namizədi aldıqları müvafiq dairəni tamamilə rəngləməlidirlər). Qeyd
edildiyi kimi, Gürcüstan Konstitusiyasına və beynəlxalq
müqavilələrə əsasən, digər prinsiplərlə yanaşı səsvermənin
gizliliyini qorumaq lazımdır (bunun üçün səsvermə kabinələri
müəyyən edilir, məsələn, seçicinin təkbaşına daxil olduğu, seçki
bülleteni doldurduğu, kabinədə onun seçiminin görünməməsi üçün onu
xüsusi zərfin içinə yerləşdirir və sonra zərfi skanerə (səslərin
hesablanması aparatına) yerləşdirir”, – Teona
Maçaraşvili bildirir.
“Açıq Məkan Qafqazın” üzvü qeyd edir ki, ədalətli, rəqabətli və
sərbəst seçkilərin keçirilməsi üçün seçki prosesində
müşahidəçilərin, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmaması
mühüm və mütləqdir.
“Mülki İştirak və Aktivizm Mərkəzinin” rəhbəri Rəşan Ziyadəliyev
hesab edir ki, Marneuli bələdiyyəsində azərbaycandilli seçicilər
ilə kifayət qədər məlumatlandırma kampaniyası keçirilməyib. Buna
görə də vətəndaşlar yarı elektron seçkilərə etibar etmirlər.
“Elektron səsvermə sistemi həqiqətən də mühüm
yenilikdir və müəyyən səviyyədə böyük irəliləyişdir, lakin etnik
azlıqlardan söhbət gedəndə biz bilirik ki, Samtsxe-Cavaxeti və
Kvemo Kartli kimi etnik azlıqların yaşadığı regionlarda biz həmişə
müəyyən problemlərin şahidi oluruq. Mən düşünürəm ki, problemlərdən
biri dil baryeridir. Əhali ilə ünsiyyətə girəndə görürəm ki,
əksəriyyətinin məlumatı yoxdur, seçkilərin elektron formada
keçiriləcəyini bilənlər bunun nə demək olduğunu bilmirlər.
Baxmayaraq ki, MSK azərbaycandilli əhalinin məlumatlandırılması
istiqamətində fəaliyyət göstərir, onlar azərbaycan və erməni
dillərində videolar çəkirlər, subtitrlər əlavə edirlər bu kifayət
etmir”.
Ziyadəliyevin sözlərinə görə, etnik azlıqların nümayəndələrinin
yeni formatda keçirilən seçkilərlə bağlı etimad göstərmələri üçün
onlara məlumat verilməlidir – Mərkəzi Seçki Komissiyası
məlumatlandırma kampaniyasını gücləndirməli, yerli qeyri-hökumət və
media qurumları ilə əməkdaşlıq etməli, ictimaiyyətə izahat
verməlidir ki, əhali seçkilərdə elektron sistemlərdən istifadə
etməyin nə demək olduğunu bilsin.