Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukraynada
müharibəni daha tez başa çatdıra və regionda vəziyyəti
stabilləşdirə bilər.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə
açıqlamasında deyib. O, Trampın qələbəsinin Gürcüstana münasibətə
müsbət dəyişiklik gətirə biləcəyini əlavə edib.
“Birincisi biz heç kimin seçkilərinə müdaxilə edə
bilmərik. Biz belə bir böyük ölkənin, ABŞ-nin seçkilərinə də
müdaxilə edə bilmərik, bu bizim işimiz deyil. Deyə biləcəyim yeganə
şey budur ki, Tramp seçkilərdə qələbə qazanarsa Ukraynada müharibə
daha tez başa çatacaq, müvafiq olaraq region daha tez sakitləşəcək
ki, bu da xüsusilə Gürcüstana münasibəti dəyişəcək. Regionda sülh
olarsa Gürcüstana münasibət də dəyişəcək”, -
Kobaxidze deyib.