Ukraynada döyüşən Nadim Xmaladze dindirilmədən sonra qeyd edib ki,
ona Ukraynada qalması və keçmişdəki fəaliyyəti ilə bağlı suallar
verilib.
Xmaladze bunu seçkiqabağı hədə-qorxu kimi qiymətləndirir.
“Ailə vəziyyətimlə bağlı suallar verildi. Keçmiş, amma
çox uzaq keçmiş işlərim haqqında soruşdular. Ukrayna haqqında,
orada qalmağımla bağlı sual və adi, bəzi ekzistensial suallar
verildi. Konkret adamdan da söhbət getmirdi, ümumi söhbət gedirdi –
xaricdə kiminləsə əlaqəm varmı? Bu, adi seçkiqabağı hədə-qorxu və
ya buna bənzər bir şeydir”, - Nadim Xmaladze
bildirib.
Xmaladzenin vəkili Mixail Ramişvilinin sözlərinə görə, sualların
məzmunu “absurd” olsa da, terrorla bağlı suallar da olub.
“Əlbəttə, terrorizmlə bağlı, müəyyən hərəkətlərlə bağlı
suallar var idi - bunlar kimi suallar idi ki, məndən soruşsan,
Kennedini öldürmüsən? Ölkədə terror aktı, dövlət çevrilişi
təhlükəsi varsa, bir qədər konkretləşdirmə aparılmalıdır, kimdənsə
məlumat almaq istəyirsənsə, uşaqlara belə sual vermək çox absurddu…
Sadəcə sualların məzmununu, kimə qarşı olduqlarını və nəyin
tərəfdarı olduqlarını anlayın”, - deyə Mixeil
Ramişvili bildirib.
İyunun 20-də Nadim Xmaladze sosial şəbəkədə yazıb ki, Dövlət
Təhlükəsizlik Xidməti onu terrorizm və dövlət çevrilişi ittihamı
ilə agentliyə çağırır.