23 iyul tarixində, Marneulinin Aşağı Saral kəndində yol-nəqliyyat
hadisəsi baş verib.
Məlumata görə, qəza nəticəsində 2 nəfər həlak olub. Hadisə
şahidlərinin sözlərinə görə, yanacaq daşıyan avtomobil yük maşını
ilə toqquşub. "Marneuli" radiosu təfərrüatları Daxili İşlər
Nazirliyindən öyrənib.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, hadisə
ilə bağlı Cinayət Məcəlləsinin yol hərəkəti
təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının
2 və daha artıq insanın ölümü ilə nəticələnən pozulmasını nəzərdə
tutan 276-cı maddəsinin səkkizinci hissəsi ilə istintaq
başladılıb.